"Barselona"nın qapısından qayıdan ulduz futbolçu Madrid nəhənginə keçir - SON DURUM

15-09-2024, 00:14           
"Barselona"nın qapısından qayıdan ulduz futbolçu Madrid nəhənginə keçir - SON DURUM
"Atletik Bilbao"nun və İspaniya millisinin hücumameylli yarımmüdafiəçi Niko Uilyams "Real Madrid"in hədəfinə çevrilib.

Fanat.az xəbər verir ki, bu barədə “Todofichajes” məlumat yayıb.

Mənbənin məlumatına görə, “kral klubu"nun rəhbərliyi Vinisius Junior və ya Rodriqoya alternativ olaraq 22 yaşlı ispaniyalının namizədliyini nəzərdən keçirir. Braziliyalılardan birinin yaxın vaxtlarda "Real"ı tərk edəcəyi bildirilir.

Qeyd edək ki, Uilyams yayda “Barselona”ya keçməyə yaxın idi, lakin son anda müqavilə uğursuzluğa düçar oldu.

Niko və "Atletik" arasında hazırki müqavilənin müddəti 2027-ci ilin ortalarına qədər hesablanıb. Futbolçunun transfer dəyəri 70 milyon avro olaraq qiymətləndirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.