“Mançester Siti” aşağı liqaya salına bilər – Barəsində 115 ittiham qaldırılıb!

16-09-2024, 10:34           
“Mançester Siti” aşağı liqaya salına bilər –
Futbol üzrə maliyyə eksperti Kieran Maquayr “Mançester Siti”nin Premyer Liqanın maliyyə qaydalarını pozmaqda şübhəli bilinməsi ilə bağlı danışıb.

Ekspert “şəhərlilər”in təqsirli bilinəcəkləri halda 100-ə qədər xallarının silinməsi ehtimalının olduğunu söyləyib:

“Klubun 60-dan 100-ə qədər xal itirəcəyini güman edə bilərik ki, bu da onun Premyer Liqadan aşağı liqaya düşməsi üçün kifayət edəcək. Müstəqil komissiyaya təqdim etmək üçün bütün sübutların mövcud olduğunu fərz etsək, dinləmə 8 həftə ərzində başa çatsa da, proses 3-4 ay çəkə bilər. Çünki qərar 115 ittihamın hər biri üzrə qərar qəbul etməlidir”.

Qeyd edək ki, “Mançester Siti” 2009-2018-ci illər arasında maliyyə feyr-pley qaydalarını pozmaqda ittiham olunur. “Mançester Siti”nin etdiyi maliyyə ödənişlərini tam açıqlamadığı güman edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru