Messinin dublu “İnter Mayami”yə qələbə qazandırdı

16-09-2024, 09:24           
Messinin dublu “İnter Mayami”yə qələbə qazandırdı
MLS-in adi mövsüm matçında "İnter Mayami" "Filadelfiya Union"ı məğlub edib

MLS-in adi mövsüm matçında "İnter Mayami" "Filadelfiya Union"ı məğlub edib. AYNA xarici mediaya istinadən bildirir ki, görüş 3:1 hesabı ilə başa çatıb.

“İnter Mayami”nin dublunu iyulun 14-də Amerika Kubokunun finalında aldığı zədədən sağaldıqdan bir neçə həftə sonra meydana qayıdan argentinalı hücumçu Lionel Messi vurub. Hücumçu oyunun 26 və 30-cu dəqiqələrində fərqlənib. Qalibiyyət qolunu isə Luis Suares vurub. “Filadelfiya Union”un yeganə qolunu isə Mikael Ure vurub.

Messi 2023-cü ilin yayında MLS-də çıxış edən “İnter Mayami”yə keçdi. Ötən il avqustun 20-də argentinalı Amerikada ilk kuboku - Liqa Kubokunu qazanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru