"Real Madrid"in oyunçusu Nurməhəmmədovu təkbətək yarışa dəvət etdi və...

17-09-2024, 11:44           
"Real Madrid"in oyunçusu Nurməhəmmədovu təkbətək yarışa dəvət etdi və...
"Real Madird" klubu və Almaniya millisinin müdafiəçisi Antonio Rüdiger UFC-nin sabiq çempionu Həbib Nurməhəmmədovun futbol meydançasında məşq etdiyi şəklə reaksiya verib.

İqtisadiyyat.az xəbər verir ki, tanınmış furbolçunun Nurməhəmmədovun məşqinə reaksiyası belə olub: "Qardaş, bəlkə təkbətək?".

"Birə-bir? Bu futbol deyil, MMA-dır, ehtiyatlı ol" ,-deyə Həbib "Real"ın müdafiəçisinə cavab verib.

Həbib qarışıq döyüş sənətlərində (MMA) keçirdiyi 29 döyüşün hamısında qalib gəlib. 2021-ci ildə İctimai Rəy Fondu tərəfindən keçirilən sorğu nəticəsində Həbib idmanda "İlin adamı" seçilib. 2023-cü il oktyabrın 22-də Nurməhəmmədov UFC karyerasını dayandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru