PSJ Mbappenin 55 milyon avroluq maaşını ödəmək istəmir

17-09-2024, 15:04           
PSJ Mbappenin 55 milyon avroluq maaşını ödəmək istəmir
“Paris Saint-Germain” klubu keçmiş ulduz Kilian Mbappeyə 55 milyon avro maaş və bonus ödəməkdən imtina edib.

İndex.az xəbər verir ki, “Paris Saint-Germain” və Kilian Mbappe arasında maaş və bonus ödənişləri ilə bağlı mübahisə dərinləşir.

Müqaviləsi bitdikdən sonra “Real Madrid”ə keçən fransalı ulduz hələ də PSJ-dən ödənilməmiş 55 milyon avro maaş və bonus tələb edir. Liqa 1 çempionu PSJ bu pulu ödəməməkdə qərarlıdır və Fransa Futbol Federasiyasının (LFP) verdiyi ödəniş qərarını qəbul etmir.

PSJ-nin Mbappe qarşısındakı maliyyə öhdəliyinə ulduz oyunçunun fevralda vəd etdiyi imza bonusu və Parisdəki son üç aylıq maaşı daxildir. Lakin klub hüquqi prosesin hələ tamamlanmadığını və məsələnin başqa yurisdiksiyaya verilməli olduğunu bildirərək ödənişdən imtina edir.

Bu mübahisə Mbappenin PSJ ilə müqavilənin uzadılması təklifini rədd etməsi ilə başladı. Bu qərar Mbappenin klubdan pulsuz ayrılmasına yol açsa da, PSJ də futbolçunu satış siyahısına salıb və bir müddət A komandasından uzaqlaşdırıb. Lakin tərəflər sonda Mbappenin heyətə qayıtmasına imkan verən razılığa gəliblər.

PSJ-nin iddialarına görə, Mbappenin hüquq komandası 2023-cü ildə oyunçunun bonuslarını 55 milyon avro azaltmağı təklif edib ki, bu da Mbappenin heyətə qayıtmasına şərait yaradıb. Lakin bu müqavilənin rəsmiləşdirilmədiyi və Liqa 1 rəhbərliyinə bildirilmədiyi iddia edilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.