Müller Xavinin rekordunu qırdı

19-09-2024, 10:24           
Müller Xavinin rekordunu qırdı
"Bavariya"nın yarımmüdafiəçisi Tomas Müller Çempionlar Liqasında yeni rekorda imza atıb.

Qol.az xəbər verir ki, 35 yaşlı futbolçu buna ötən gecə Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda Zaqreb "Dinamo"su ilə görüşdə (9:2) meydana çıxmaqla nail olub. O, Münhen təmsilçisinin heyətində ÇL-də 152-ci oyununu keçirib. Nəticədə Müller turnirdə bir klubla ən çox matç keçirən oyunçu adını qazanıb.

Almaniyalı oyunçu "Barselona"nın heyətində ÇL-də 151 matça çıxan Xavinin rekordunu qırıb.

Qeyd edək ki, Müller 2009-cu ildən "Bavariya"nın əsas komandasında oynayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru