İngiltərə Premyer Liqasında beşinci turun oyunları keçirilir.
Gununsesi.info xəbər verir ki, “Liverpul” doğma meydanda “Bornmut”u qəbul edib.
Mersisaydlılar qonaqlara fərqlənmək şansı verməyiblər. Diaz iki dəqiqəyə iki qol vurub. Nunyez isə yekun hesabı müəyyənləşdirib – 3:0. Bu nəticədən sonra “Liverpul” 12 xalla çempionata başçılıq edir. Onun rəqibi isə 5 xalla 13-cüdür.