Sinqapur qran-prisinin qalibi müəyyənləşdi

Bu gün, 00:12           
Sinqapur qran-prisinin qalibi müəyyənləşdi
Formula 1 üzrə dünya çempionatının 18-ci mərhələsi Sinqapurda başa çatıb.

İqtisadiyyat.az xəbər verir ki, Bakıdan sonra komandalar daha bir şəhər trassında mübarizə aparıb. Həftə ərzində çox sürətli olan Lando Norris qələbə qazanıb.

Şənbə günü təsnifatda birinci nəticə göstərən “Maklaren” sürücüsü startdan finişə qədər liderliyi əldən verməyib. Bu , Britaniyalı pilotun 2024-cü idlə 3-cü qələbəsidir. Qələbə sayəsində Lando Norris Ferstappenlə fərqi bir qədər də aşağı salıb. Niderlandlı sürücü bu yarışı ikinci pillədə başa vurub. Hazırda onlar arasında xal fərqi 52-yə bərabərdir.

Podiumun 3-cü pilləsi Azərbaycan qran-prisində qalib gələn Oskar Piastriyə qismət olub. 4-cü yeri Corc Rassel, 5-cini isə Şarl lekler tutub.

Bu yarışdan sonra “Maklaren” Mühəndislər kubokunda liderliyini möhkəmləndirib. Hazırda onlar “Red Bull”u 41 xal qabaqlayır.

Əlavə edək ki, növbəti yarış 4 həftə sonra baş tutacaq. Komandaları bu dəfə ABŞ-nin Ostin şəhərində mərhələ gözləyir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.