Kassano Ronaldunu sərt tənqid etdi

24-09-2024, 18:35           
Kassano Ronaldunu sərt tənqid etdi
İtaliya millisinin və "Real Madrid"in sabiq hücumçusu Antonio Kassano Portuqaliya millisinin ulduz hücumçusu, vaxtilə kral klubunda çıxış edən, indi isə "Ən-Nəsr" formasını geyən Kriştianu Ronaldunu sərt şəkildə tənqid edib.

Championat.com xəbər verir ki, italiyalının fikrincə, Ronaldu komanda ilə anlaşa bilmədiyi üçün futbol oynamağı bacarmır.

"O, futbol oynamağı bacarmır. Ronaldu 3 000 qol vura bilər. İquain, Aguero, Benzema, Levandovski, İbrahimoviç və Suárez komanda ilə yaxşı ünsiyyət qura bilirdilər. Tək məqsədi həmişə qol vurmaq olan Ronaldudan fərqli olaraq, onlar daha çox şey etməyi bacarırdılar" , - Kassano deyib.

Qeyd edək ki, bu yaxınlarda Ronaldu karyerasında 900 qol həddini keçib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru