Millinin oynadığı stadion partladıldı - VİDEO

26-09-2024, 08:57           
Millinin oynadığı stadion partladıldı - VİDEO
Malayziyada 80 min yerlik "Şah Aləm" stadionu sökülür.

Fanat.Az xəbər verir ki, internetdə ölkənin ən böyük idman qurğusunun dağıdılmasının görüntüləri yayılıb.

Eyniadlı şəhərdə yerləşən stadionda yerli "Selanqor" komandası və Malayziya millisi məşq edib. Lakin 1994-cü ildə inşa olunan tikili bir müddət əvvəl təhlükəli elan edilib. Dağıntılar 2025-ci ilin ortalarına qədər təmizlənəcək.

"Şah Aləm"in yerində 45 min azarkeş tutumuna malik stadion tikiləcək. "Selanqor" komandası yenidən orada ev oyunlarını keçirəcək.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru