La Liqa: "Barselona" liderliyini möhkəmləndirdi

26-09-2024, 09:27           
La Liqa: "Barselona" liderliyini möhkəmləndirdi
İspaniya La Liqasında yeddinci turun matçları oynanılır.

Oxu.Az xəbər verir ki, lider "Barselona" öz meydanında autsayder "Xetafe"ni qəbul edib.

Oyunda yeganə qol 19-cu dəqiqədə vurulub. Levandovski fərqlənib və komandasına üç xalı qazandırıb.

Bu nəticədən sonra "Barsa" 21 xalla turnir cədvəlinə başçılıq edir və ikinci yerdəki "Real Madrid"i dörd xal qabaqlayır. "Xetafe" isə 4 xalla sonuncudan əvvəlki yeri (19-cu) tutur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.