"Yuventus"un keçmiş qapıçısı "Barselona"ya pulsuz keçir

26-09-2024, 17:34           
"Yuventus"un keçmiş qapıçısı "Barselona"ya pulsuz keçir
"Yuventus"un keçmiş qapıçısı Voyçex Şesnı pulsuz olaraq "Barselona"ya keçir.

Bu barədə "Relevo" məlumat yayıb.

Məlumata görə, avqustda karyerasını başa vuran polşalı qolkiper Kataloniya klubundan dəvət aldıqdan sonra futbola qayıtmaq qərarına gəlib.

Ciddi zədə səbəbindən mövsümün qalan hissəsində Mark-Andre ter Ştegeni itirən "Barselona" almaniyalının yerinə 34 yaşlı polyakla müqavilə bağlamaq qərarına gəlib.

Qeyd edək ki, "Yuventus"un sabiq qapıçısı "Barselona" ilə müqavilə danışıqları apardığı haqda məlumatı təsdiqləyib.

Şesnı 2017-ci ildə "Arsenal"dan "Yuventus"a keçib və Turin klubunun heyətində 252 oyun keçirib, üç dəfə A Seriyasını və üç İtaliya kubokunu qazanıb. Yayda o, klubdan ayrıldıqdan sonra azad agent olub və karyerasını başa vurduğunu açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru