Messi “İnter Mayami” ilə müqaviləni yeniləməyəcək

26-09-2024, 19:08           
Messi “İnter Mayami” ilə müqaviləni yeniləməyəcək
Argentina millisinin futbolçusu Lionel Messi “İnter Mayami” klubu ilə müqaviləni yeniləməyəcək.

Tribunainfo.az “El Nacional”a istinadən xəbər verir ki, hücumçu 2025-ci ilin sonunda ABŞ təmsilçisindən ayrılacaq.

37 yaşlı ulduz futbolda ilk addımlarını atdığı “Nyuells Old Boys”da karyerasını başa vurmaq üçün vətənə qayıtmaq niyyətindədir.

Qeyd edək ki, L.Messi 2023-cü ilin yayında “İnter Mayami”yə keçib. O, bu müddətdə meydana çıxdığı 32 oyunda 27 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru