Avropa Liqası: "Ayaks" "Beşiktaş"ı darmadağın etdi

27-09-2024, 10:38           
Avropa Liqası: "Ayaks" "Beşiktaş"ı darmadağın etdi
UEFA Avropa Liqasında ilk turun oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, Amsterdamdakı Yohan Kroyf Arenada yerli "Ayaks" "Beşiktaş"ı qəbul edib.

İlk hissədə ev sahibləri yalnız bir dəfə fərqləniblər. İkinci hissədə isə Niderland klubu "qara qartallar"ın müqavimətini tamamilə qıraraq daha üç dəfə qonaqları mərkəzə dəvət edib.

Beləliklə, "Beşiktaş" Avropa Liqasındakı çıxışına səfərdə 4:0 hesablı məğlubiyyətlə start verib.
"Malmö" (İsveç) - "Reyncers" (Şotlandiya) 0:2 "Roma" (İtaliya) - "Atletik" (İspaniya) 1:1 "Ayntraxt" (Almaniya) - "Viktoriya" (Çexiya) 3:3 "Braqa" (Portuqaliya) - "Makkabi" (Təl-Əviv, İsrail) 2:1 "Lion" (Fransa) - "Olimpiakos" (Yunanıstan) 2:0 "Styaua" (Rumıniya) - RFŞ (Latviya) 4:1












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru