Ronaldonun hotelində vakansiya - İşçilərə bu qədər maaş verəcək

30-09-2024, 00:07           
Ronaldonun hotelində vakansiya - İşçilərə bu qədər maaş verəcək
Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo Madriddəki hotelində işləmək üçün əməkdaşlar toplayır.

Bu barədə “Marca” nəşri yazı dərc edib.

Nəşr həmçinin vakansiyaların və onlara verilən maaşların ətraflı siyahısını paylaşıb.

Belə ki, “Pestana CR7” hotelinə menecer, xadimə, nəzarətçi, qapıçı, qeydiyyatçı və ofisiant tələb olunur. Namizədlərdən yüksək səviyyədə ingilis dili (B2 və ya C1), bəzi hallarda orta və ya ali peşə təhsili tələb olunur.

Menecer vəzifəsi üçün maaş ayda 2300 (4366 manat), ofisiant vəzifəsi üçün 1300 avrodur (2468 manat).

İşçilərə pulsuz yemək, tibbi sığorta, obyektin xidmətləri üzrə güzəştlər və ildə 50 gün məzuniyyət verilir.(Qafqazinfo)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru