Madrid derbisində qalib müəyyənləşməyib VİDEO

30-09-2024, 11:18           
Madrid derbisində qalib müəyyənləşməyib  VİDEO
İspaniya La Liqasının növbəti turu çərçivəsində "Atletiko Madrid" "Real Madrid"i qəbul edib.

Oxu.Az xəbər verir ki, matç "Civitas Metropolitano" stadionunda keçirilib. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayıb.

Madrid derbisində qalib müəyyənləşməyib - 1:1.

Matçın ilk qolunu 64-cü dəqiqədə Eder Militao vurub.

Bundan dərhal sonra "Atletiko" azarkeşləri "Real"ın qapıçısı Tibo Kurtuaya yad əşyalar atmağa başlayıblar.

Oyunda təxminən 15 dəqiqə fasilə yaranıb.

Qarşılaşmanın 90+5-ci dəqiqəsində Anxel Korrea hesabı bərabərləşdirib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru