Çempionlar Liqası: "Barselona" və "Mançester Siti"dən darmadağın, "Milan" məğlub oldu

2-10-2024, 11:48           
Çempionlar Liqası: "Barselona" və "Mançester Siti"dən darmadağın, "Milan" məğlub oldu
UEFA Çempionlar Liqasının liqa mərhələsinin II turunun bir sıra oyunları keçirilib.

Oxu.Az xəbər verir ki, "Barselona" doğma meydanda "Yanq Boyz"un qapısından beş cavabsız top keçirərək 5:0 qalib gəlib.

"İnter" ev matçında "Srvena Zvezda"nı böyük fərqlə məğlub edərək 4:0 qələbə qazanıb.

"Mançester Siti" isə səfərdə "Slovan Bratislava"ya eyni hesabla 4:0 üstünlük əldə edib.

Həmçinin, "Borussiya Dortmund" "Seltik"i darmadağın edərək 7:1 qalib gəlib.

"Bayer Leverkuzen" "Milan"la oyundan minimal hesabla 1:0 qalib ayrılıb.

PSV - "Sportinq" qarşılaşması isə 1:1 hesabı ilə sülhə bitib.

Qeyd edək ki, turun digər görüşləri oktyabr ayının 2-də keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru