Azərbaycanda futbolçu xəstəxanalıq OLDU

4-10-2024, 11:44           
Azərbaycanda futbolçu xəstəxanalıq OLDU
Futbol üzrə Azərbaycan Çempionatının birinci dəstəsində keçirilən oyun zamanı "Mingəçevir" futbol komandasının oyunçusu xəstəxanalıq olub.

"Unikal"ın məlumatına görə, hadisə şəhər stadionunda keçirilən "Mingəçevir" və "Zaqatala" komandalarının matçında baş verib. Qonaq komandanın oyunçusu ilə toqquşan "Mingəçevir" komandasının oyunçusu Tural Məmmədzadə baş nahiyəsindən ciddi xəsarət alıb. Yerindəcə tibbi yardım göstərilən oyunçu daha sonra xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, oyun 2:3 hesabı ilə qonaq komandanın qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin vurulan qollardan birinin müəllifi olan Tural Məmmədzadə vuruğu qoldan bir dəqiqə sonra başından yaralanaraq xəstəxanalıq olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru