Ronaldunun keçmiş evi satışa çıxarılıb

9-10-2024, 17:58           
Ronaldunun keçmiş evi satışa çıxarılıb
Portuqaliyalı futbolçu Kriştianu Ronaldunun keçmiş evi beş milyon funt-sterlinqə (11 milyon 127 min manat) satışa çıxarılıb.

Bu barədə "Daily Mail" məlumat yayıb.

Söhbət Çeşirdəki tarlalar və meşələr arasında yerləşən malikanədən gedir. Əvvəlcə Ronaldu bunun üçün 5,5 milyon funt-sterlinq istəsə də, bu məbləğə alıcı tapmaq mümkün olmayıb və qiymət aşağı salınmalı olub. 9,3 hektarlıq mülkdə beş yataq otağı olan dəbdəbəli malikanə, həmçinin daha iki yataq otağı olan qonaq evi yerləşib. Bundan əlavə, burada ev kinoteatrı, şərab zirzəmisi, hovuzu, idman zalı və cakuzisi olan istirahət zonası, padel-tennis kortu və dörd maşınlıq qaraj var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru