Avropa və Dünyanın ən zəif futbol komandasından biri olan Estoniyanın belə əlində aciz qalan aciz komandamız və aciz futbolçularımız.

Bu gün, 12:08           
Avropa və Dünyanın ən zəif futbol komandasından biri olan Estoniyanın belə  əlində aciz qalan aciz komandamız və aciz  futbolçularımız.
Estoniyanın və Azərbaycanın milli futbol komandalarıarasında oyunda komandamızın oyununa baxanda belə nəticəyə gəlmək olur ki, bizim oyunçular özlərini elə aparırdılar ki, sanki onlar Estoniya millisindən güclüdürlər və asanlıqla qələbə qazanacaqlar. Bir çox oyunçularımız adi ötürmə beləverə bilmədiyi halda, 3-4 rəqib oyunçusunu aldatmağa çalışırdılar. Komandamız fiziki cəhətdən də rəqiblərdən çox geri qalırdılar, çox adi-bəsit səhvlərə yol verirdilər.
Son illər ərzində sanki futbolda heç bir irəliləyişimiz yoxdur. 35-40 il əvvəl isə Azərbaycanın əsas komandası olan "Neftçi" komandası SSRİ-nin güclülər liqasında, Estoniyanın əsas komandası olan "Kalev"isə 3 liqa aşağı liqada oynayırdı. Kalev nəinki Neftçidən, hətta Gəncə, Sumqayıt və digər komandalarımızdan da zəif idi. Kubok və digər yarışlarda qarşılaşdığı halda Neftçi Kalevə ən azı 5-7 top fərqi ilə qalib gəlirdi. Həmin dövrdə Azərbaycanda: A. Banişevski, İ. Cavadov, İ. Ponamaryov, Ə. Məmmədov, N. Süleymanov, V. Qasımov, R. Quliyev və digər güclü futbolçular vardı. İndi isə Avropa və Dünyanın ən zəif futbol komandasından biri olan Estoniyanın belə əlində aciz qalan aciz komandamız və aciz futbolçularımız.
Azer Quliyev
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.