La Liqa: "Barselona" səfərdə "Real Sosyedad"a uduzdu
11-11-2024, 17:43
İspaniya La Liqasının 2024/2025 mövsümünün 13-cü turunun "Real Sosyedad" və Kataloniya "Barselona"sının qarşılaşdığı matç başa çatıb.
Komandalar San Sebastyandakı "Reale Arena" stadionunda qarşılaşıblar. Görüşü Gilermo Kuadra Fernandesin başçılıq etdiyi hakimlər briqadası idarə edib. "Real Sosyedad" "Barselona"nı 1:0 hesabı ilə məğlubiyyətə uğradıb.
Keçirilən 13 oyundan sonra "Barselona" 33 xalla La Liqanın turnir cədvəlində birinci yerdədir. "Real Sosyedad" da eyni sayda oyundan sonra 18 xalla səkkizinci yerdə qərarlaşıb.