Legioner hücumçu Qarabağı tərk edə bilər

3-12-2024, 00:16           
Legioner hücumçu Qarabağı tərk edə bilər
“Qarabağ”ın hücumçusu Redon Cica yanvarda, qış transfer pəncərəsi dövründə komandanı tərk edə bilər.

Sherg.az xəbər verir ki, bu barədə o, Albaniya mətbuatına açıqlamasında bildirib.

“Mənim onsuz da “Qarabağ”da oynamaq vaxtım az olur. Əgər yanvarda getmək istəsəm, mən bir neçə variant içində ən yaxşısı üzərində dayanacam”.

Qeyd edək ki, Redon Cica 2023-cü ilin yanvarında “Tirana” klubundan “Qarabağ”a keçib. O, Ağdam klubunda bütün turnirlərdə ümumən 61 oyun keçirib, 11 qol vurub və 5 qolun ötürməsini edib. Onun Azərbaycan təmsilçisi ilə müqaviləsi 2026-cı ilin iyununda başa çatır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru