Arda haqda sensasiyalı iddia

2-10-2016, 12:51           

"Barselona"nın yarımmüdafiəçisi Arda Turan Türkiyə millisində karyerasını başa vurmağa hazırlaşır.

teref.az qol.az-a istinadən xəbər verir ki, bu haqda "Fanatik" qəzeti məlumat yayıb. Ardanın belə bir qərar verməsinə millinin baş məşqçisi Fatih Terimin növbəti dəfə onu (Ukrayna və İslandiya ilə oyunlar üçün) komandaya dəvət etməməsi səbəb olub.

"Yaxın ətrafı Ardanı bu fikrindən daşındırmağa çalışsa da, o, qərarında qətidir. Onun gələn həftənin əvvəli bununla bağlı qərarı açıqlayacağı gözlənilir", - deyə məlumatda bildirilib.

Xatırladaq ki, F.Terimlə Arda Turan arasında münaqişə "Avro-2016"da mükafat məsələsinə görə yaranıb. Bundan sonra "Barselona"lı futbolçu yaxşı oyun göstərməsinə baxmayaraq milliyə dəvət edilməyib. Fatih Terimin Ardaya xitabən "Türk xalqından üzr istəmələri lazımdır" fikrinə Arda qatıldığı bir televiziya verilişində: "Mən üzr istəniləcək bir şey etməmişəm", - cavabını verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru