Kamran Ağayev penaltini belə qaytardı — VİDEO

3-10-2016, 09:28           

Kamran Ağayev Portuqaliya çempionatında növbəti oyununu keçirir.

teref.az qafqaznfo-ya istinadən xəbər verir ki, "Boavişta"nın şərəfini qoruyan qolkiper "Moreyrense" ilə matçın start heyətinə yer alıb.

Qarşılaşmanın baş hakimi 26-cı dəqiqədə "Boavişta"nın qapısına penalti təyin edib. Amma Kamran qonaqlara sevinmək imkanı verməyib. O, Roberto Rodriqonun zərbəsini dəf edərək komandasını xilas edib. "Boavişta" bundan 4 dəqiqə sonra Roşa Lukasın qoluna sevinib.

***

Kamran Ağayevin komandası "Moreyrense"yə 2:0 hesabı ilə qalib gəlib.
[media=https://www.youtube.com/watch?v=suh3-ltV-O8]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru