Divizion matçında biabırçılıq - Klub prezidentinin oğlu hakimi təhqir etdi

5-10-2016, 18:08           

Azərbaycan 1-ci divizionunun V turunda "Bakılı" "Zaqatala"nı qəbul edir. “Qafqazinfo” futbol11.az-a istinadən xəbər verir ki, "İnter Arena"nın 4-cü meydançasında keçirilən qarşılaşmada biabırçılıq yaşanıb.

Belə ki, ilk hissə ərzində "Bakılı"nın prezidenti Misir Əbilovun oğlu oyunun baş hakimi Ömər Paşayevə ağır söyüşlər ünvanlayıb. Nə qədər qəribə olsa da, Paşayev Əbilovun oğluna cavab qaytarıb.

Maraqlıdı ki, bütün bunlar polisin gözünün qarşısında olsa da, asayiş keşikçiləri tərəflərə heç bir müdaxilə etməyib.

İkinci hissənin əvvəlində yenidən tribunaya gələn Əbilovun oğlu bu dəfə AFFA nümayəndəsi ilə söz güləşdirib. O, nümayəndəyə "kişi olun!" deyib.

Qeyd edək ki, Ömər Paşayev ağır təhqirlərə dözməyərək Əbilovun oğluna cavab qaytarmaq üçün azı 3 dəfə bir neçə saniyəlik oyunu dayandırmalı olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru