İngiltərə Premyer Liqası: "Arsenal" evdə minimal hesabla qalib gəldi

28-12-2024, 15:44           
İngiltərə Premyer Liqası: "Arsenal" evdə minimal hesabla qalib gəldi
İngiltərə Premyer Liqasının 2024/2025 mövsümünün 18-ci turunun "Arsenal" və "İpsviç Taun" komandalarının qarşılaşdığı matç başa çatıb.

Oxu.Az xəbər verir ki, komandalar Londondakı "Emirates" stadionunda görüşüblər. Oyun 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Matçın yeganə qolunu 18-ci dəqiqədə "Arsenal"ın hücumçusu Kay Havertz vurub.

18 oyundan sonra "Arsenal" 36 xal toplayaraq Premyer Liqanın turnir cədvəlində ikinci yerdədir. "İpsviç Taun" eyni sayda oyundan sonra 12 xalla sondan əvvəlki, 19-cu yerdə qərarlaşıb.

Turnir cədvəlinə 42 xalla "Liverpul" başçılıq edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru