Azərbaycan - Norveç matçı hansı kanallarda canlı yayımlanacaq?

8-10-2016, 12:58           

2018-ci ildə Rusiyada təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində futbol üzrə millimiz qrupda ikinci oyununu Norveçə qarşı doğma meydanda keçirəcək.

teref.az oxu.az-a istinadən xəbər verir ki, Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşma tək ölkəmizdə yayımlanmayacaq.

Millimizin seçmə mərhələdəki görüşü “İctimai” kanaldan (İTV) canlı yayımla tamaşaçılara nümayiş etdirəcək. İTV ilə yanaşı, millimizin oyununu Rusiyanın “Matç! Futbol 2” kanalı da yayımlayacaq.

Qeyd edək ki, Azərbaycan-Norveç qarşılaşması oktyabrın 8-i saat 20:00-da başlayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru