Futbol tarixində ilk dəfə hakim yaşıl kart göstərdi

9-10-2016, 22:15           
Futbol tarixində ilk dəfə hakim yaşıl kart göstərdi
Futbol tarixində ilk dəfə hakim yaşıl vərəqədən istifadə edib.

Atv.az xəbər verir ki, Tarixi hadisə İtaliya “B” seriyasında keçirilən “Virtus Entella” – “Viçenza” oyununda yaşanıb.

Yaşıl vərəqəni “Viçenza”nın üzvü Kristian Qalano alıb. Hakim meydan sahiblərinin qapısına künc zərbəsi təyin etsə də, Qalano topun rəqib futbolçulardan kiməsə toxunmadığını bildirib.

Xatırladaq ki, 2016/17 mövsümündən “B” seriyasında yaşıl vərəqənin istifadəsi barədə qərar qəbul edilib. Vərəqə meydanda nümunəvi hərəkət edən futbolçulara göstərilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru