Almaniyada yaşayan döyüşçümüz rinqə çıxır - Dünya kəməri uğrunda

13-10-2016, 19:44           
Almaniyada yaşayan döyüşçümüz rinqə çıxır - Dünya kəməri uğrunda
Almaniyada fəaliyyət göstərən "OdlarYurdu" klubunun titullu üzvü, kikboksçu Bəxtiyar İsgəndərzadə bu dəfə dünya kəməri uğrunda döyüşə çıxacaq.

AzNews.az xəbər verir ki, Bəxtiyar İsgəndərzadə Londonda kikboksun ASFO versiyası üzrə dünya çempionu uğrunda mübarizə aparacaq. Yarış klubun rəhbərləri Azad Əzizov və Anar Axundzadənin dəstəyi ilə baş tutacaq. Görüş oktyabrın 29-da boksun vətənlərindən sayılan London şəhərində keçiriləcək. Onu da bildirək ki, Londondakı turnirin təşkilatçılarından biri də elə soydaşımız Hafiz Baxşəliyevdir.

Qeyd edək ki, kikboksinq üzrə ikiqat dünya çempionu, üçqat respublika çempionu, WAKO Avropa Çempionatının gümüş mükafatçısı, dəfələrlə peşəkar görüşlərin qalibi olmuş Bəxtiyar İsgəndərzadə Almaniyada yaşayır, lakin beynəlxalq yarışlarda Azərbaycanı təmsil edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru