UEFA Çempionlar Liqası: 1/8 finalın bütün iştirakçıları müəyyənləşib

20-02-2025, 10:20           
UEFA Çempionlar Liqası: 1/8 finalın bütün iştirakçıları müəyyənləşib
UEFA Çempionlar Liqasının pley-off mərhələsində daha 4 oyun baş tutub.

Günün maraqlı qarşılaşmalarından biri İspaniyada keçirilib.

“Real” evdə “Mançester Siti” ilə görüşüb. Qarşılaşma “Kral klubu”nun qələbəsi ilə yekunlaşıb – 3:1

“Borussiya” doğma meydanda “Sportinq”lə heç-heçə etsə də, ümumi xal hesabında növbəti mərhələyə keçib. “PSJ” Liqa 1-in digər təmsilçisi “Brest”i, “PSV” isə “Yuventus”u məğlub edib.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunları

19 fevral

“Borussiya” (Almaniya, Dortmund) – “Sportinq” (Portuqaliya) – 0:0

İlk oyun – 3:0

“PSJ” (Fransa) – “Brest” (Fransa) – 7:0

İlk oyun – 3:0

“Real” (İspaniya) – “Mançester Siti” (İngiltərə) – 3:1

İlk oyun – 3:2

“PSV” (Niderland) – “Yuventus” (İtaliya) – 3:1

İlk oyun – 1:2

Oyunların nəticələrinə görə, turnirin növbəti mərhələsinə “Feyenoord”, “Brügge”, “Bavariya” və “Benfika” ilə birlikdə “Borussiya”, “PSJ”, “Real”, “PSV” də yüksəlib.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi fevralın 21-də keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru