`Azarkeşlər Bakıya necə gedəcək?` - UEFA prezidenti əsəbiləşdi

15-10-2016, 17:45           
`Azarkeşlər Bakıya necə gedəcək?` - UEFA prezidenti əsəbiləşdi
Bu yaxınlarda Bakıda səfərdə olan UEFA prezidenti Aleksander Çeferin Azərbaycanda daxil olmaqla 13 müxtəlif ölkədə keçirilməsi planlaşdırılan “Avro -2020” haqqında neqativ fikrilər səsləndirib.

Bu barədə AzVision.az xarici KİV-ə istinadən xəbər verir.

“Bu model olduqca risklidir. Hələlik bunun maliyyə baxımından bir xeyir gətirib-gətirməyəcəyi və futbol azarkeşlərinin Bilbaodan Bakıya və ya Kopenhagendən Romaya necə gedəcəyi məlum deyil. Hesab edirəm ki, futbol üzrə növbəti Avropa çempionatı əvvəlki model üzrə keçirilməlidir.

Problemlərdən biri də çempionatın ev sahibi məsələsidir. “Avro2020”-nin təşkilatçılarından birinin turnirin futbol yarışının final mərhələsinə çıxmaması yaxşı olmazıdı. Ona görə də mən hesab edirəm ki, "Avro-2024- əvvəlki modelə uyğun keçirilməlidir”, – deyə UEFA-nın yeni prezidenti bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru