ABŞ-da məşhur idmançının qızı öldürülüb

16-10-2016, 22:05           
ABŞ-da məşhur idmançının qızı öldürülüb
ABŞ-da məşhur sprinter, üçqat dünya çempionu Tayson Qeyin qızı öldürülüb.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, insident oktyabrın 16-a keçən gecə Leksinqton şəhərində baş verib.

Polisin məlumatına görə, 15 yaşlı Triniti Qey bir qrup şəxs arasında baş verən silahlı insident zamanı güllə yarası alıb. Xəstəxanaya çatdırılan qızı xilas etmək mümkün olmayıb. Hadisə ilə əlaqədar araşdırma aparılır.

Qeyd olunur ki, Triniti Qeydə yüngül atlet olub, 2015-ci ildə gənclər üzrə bir sıra sprint yarışlarının mükafatını qazanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru