Rusiya klubunun azarkeşinə 1 illik qadağa qoyulub

9-03-2025, 10:34           
Rusiya klubunun azarkeşinə 1 illik qadağa qoyulub
Rusiyanın “Spartak” klubunun azarkeşinə stadiona sərxoş halda gəldiyi üçün 1 illik qadağa qoyulub.

TASS xəbər verir ki, bu barədə Moskva məhkəməsində qərar qəbul olunub.

“Spartak” azarkeşi 2024-cü ildə komandasının “Rostov”la matçına sərxoş vəziyyətdə gəlib. Nəticədə davranış qaydalarını pozduğu üçün məhkəmə fanata 1 il müddətinə oyunlara getməsinə qadağa qoyub. Bununla yanaşı o, 3000 rubl cərimələnib.

Qeyd edək ki, “Spartak” hazırda Rusiya Premyer Liqasında 19 turdan sonra 40 xalla üçüncü pillədə qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru