"Barselona"nın həkimi öldü - Matç təxirə salındı

9-03-2025, 11:37           
"Barselona"nın həkimi öldü - Matç təxirə salındı
Futbol üzrə İspaniya çempionatının 27-ci turu çərçivəsində keçirilməli "Barselona" - "Osasuna" matçı ev sahiblərinin həkiminin vəfat etməsi səbəbindən təxirə salınıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Barselona"nın mətbuat xidməti məlumat yayıb.

Görüş şənbə günü Bakı vaxtı ilə saat 00:00-da başlamalı idi.

"Klubumuz dərin hüznlə əsas komandanın həkimi Karles Minyaro Qarsianın vəfatı ilə bağlı xəbəri çatdırır. Bu səbəbdən "Barselona" - "Osasuna" matçı təxirə salınıb. İdarə heyəti və "Barselona"nın bütün əməkdaşları onun ailəsinə və dostlarına dərin hüznlə başsağlığı verir və bu çətin anda onların hisslərini bölüşür", - bəyanatda bildirilir.

Qeyd edək ki, İspaniya çempionatının cədvəlinə 57 xalla "Barselona" başçılıq edir. "Osasuna" 33 xalla 11-ci yerdədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru