Ötən mövsüm futbolçuların maaşlarına ən çox pul xərcləyən Avropa klubları - SİYAHI

Bu gün, 11:26           
Ötən mövsüm futbolçuların maaşlarına ən çox pul xərcləyən Avropa klubları - SİYAHI
PSJ 2023/2024-cü illər mövsümündə futbolçuların maaşlarına ən çox pul xərcləmiş Avropa klubudur.

Bu barədə Oxu.Az UEFA-nın hesabatına istinadla xəbər verir.

Fransa təmsilçisi sözügedən müddət ərzində futbolçularına 658 milyon avro ödəyib. Siyahının ikinci pilləsində 554 milyon avro ilə "Mançester Siti" qərarlaşıb. İlk üçlüyü isə "Real Madrid" klubu tamamlayıb.

İlk onluğun siyahısı:

1. PSJ - 658 milyon avro;

2. "Mançester Siti" - 554 milyon avro;

3. "Real Madrid" - 505 milyon avro;

4. "Barselona" - 476 milyon avro;

5. "Liverpul" - 449 milyon avro;

6. "Bavariya" - 430 milyon avro;

7. "Mançester Yunayted" - 429 milyon avro;

8. "Çelsi" - 395 milyon avro;

9. "Arsenal" - 381 milyon avro;

10. "Aston Villa" - 292 milyon avro.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.