Cavid Hüseynovla bağlı yeni xəbər - “Onunla ciddi müzakirələr aparıldı”

18-10-2016, 16:59           
Cavid Hüseynovla bağlı yeni xəbər - “Onunla ciddi müzakirələr aparıldı”
Xəbər verdiyimiz kimi, “Qəbələ” futbol klubu futbolçu Cavid Hüseynovla mövsümün sonuna kimi müqavilə imzalayıb.

“Qəbələ”nin baş meneceri Zaur Əzizov AzNews.az-a Cavid Hüseynovun komandaya qayıdışı barədə danışıb: “Cavidin komandaya yenidən gəlişini transfer adlandırmaq olmaz. Digər futbolçularla necə müqavilə bağlanırdısa, Cavidlə də eyni şəkildə... Klub daxilində müzakirələr aparıldı, müavilə imzalamaq məsələsi müzakirə olundu. O ki qaldı meydançaya daxil olmağına, buna baş məşqçi qərar verəcək, Cavid tam hazır olduğu zaman komanda yoldaşlarına kömək edəcək, baş məşqçinin qərarına əsasən... Hazırda komanda individual məşqlərə başlayıb”.

Qeyd edək ki, futbolçunun ölkə çempionatı və ölkə kuboku yarışlarında iştirakı üçün Peşəkar Futbol Liqasına müraciət olunub.

Xatırladaq ki, Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölümündə ittiham olunurdu. O, R. Əliyevin ölümü barədə cinayəti bilib gizlətməkdə təqsirləndirilərək 4 il müddətinə azadlıqdan məhrum edilmişdi. Bir neçə gün əvvəl isə, Bakı Apellyasiya Məhkəməsində C.Hüseynovun şikayətinə baxılıb. Onun cəzası 1 il 2 aya endirilib və məhkəmə zalından azadlığa buraxılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru