Gürcüstan Ermənistanı DARMADAĞIN ETDİ

21-03-2025, 11:24           
Gürcüstan Ermənistanı DARMADAĞIN ETDİ
Futbol üzrə Gürcüstan milli komandası Millətlər Liqasının pley-off mərhələsinin ilk oyununda Ermənistan millisini məğlub edib.

TEREF xəbər verir ki, İrəvandakı Vazgen Sarkisyan adına stadionda keçirilən görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Gürcülər üçün ilk qolu 33-cü dəqiqədə yarımmüdafiəçi Giorgi Koçoraşvili vurub. 37 və 59-cu dəqiqələrdə hücumçu Giorgis Mikautadze iki dəfə fərqlənib.

Maraqlıdır ki, Mikautadzenin ilk qoluna qapıçı Giorgi Mamardaşvili kömək edib.

Cavab oyunu martın 23-də Tbilisidəki Boris Paiçadze adına Dinamo Arenada keçiriləcək. Bu qarşıdurmanın qalibi B Liqasında, uduzan isə C Liqasında oynayacaq. /publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru