Nadir idman avtomobili hərraca çıxarılıb

25-03-2025, 09:51           
Nadir idman avtomobili hərraca çıxarılıb
"Bring a Trailer" onlayn hərracı "AAR-Toyota Eagle HF89" idman avtomobili üçün təklif irəli sürüb.

Bu barədə auto.ru xəbər verir.

Məlumata görə, avtomobil 1980-ci illərin sonunda IMSA yarış seriyası üçün "Toyota" və "All American Racers" komandası tərəfindən hazırlanmış dörd modeldən biridir.

Avtomobil yarışlarda fəal iştirak edib və 2010-cu illərin ikinci yarısında onun ilkin vəziyyətinə qaytarılmasına 800 min dollar xərclənib. Güc bloku yalnız trek üçün nəzərdə tutulmuş 2.14 litrlik dördsilindrli turbomühərrikdir. Avtomobil beş pilləli "Hewland" mexaniki sürət qutusu və arxa ötürücü ilə işləyir.

Hərracın sonuna bir neçə gün qalmış təkliflər 101 098 dollara çatıb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru