İran millisi dünya çempionatına vəsiqə qazandı

26-03-2025, 10:28           
İran millisi dünya çempionatına vəsiqə qazandı
Futbol üzrə İran milli komandası 2026-cı il dünya çempionatına vəsiqə qazanıb.

Gununsesi.info xəbər verir ki, qonşu ölkə yığması buna Asiya zonası üzrə seçmə mərhələ oyununda Özbəkistanla heç-heçə sayəsində nail olub.

Tehrandakı “Azadi” stadionunda təşkil olunmuş qarşılaşmada rəqib komanda iki dəfə hesabda önə keçsə də, meydan sahibləri bərabərlik qolunu vurmağı bacarıblar – 2:2.

Beləliklə, A qrupunda xalını 20-yə çatdıran İran millisi ən azı ilk 2 pillədən birini təmin edərək, adını ABŞ, Meksika və Kanadada keçiriləcək final mərhələsinə yazdırıb. 17 xala malik Özbəkistan yığması isə tarixi şansını qorumaqdadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru