“Qarabağ”ın müdafiəçisi: "Savaşa hazırıq "

19-10-2016, 20:58           
“Qarabağ”ın müdafiəçisi: "Savaşa hazırıq "
"Sonuncu oyunumuza baxanda uşaqların ürəyi və gözləri yanır".

Musavat.com saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Maksim Medvedyev deyib.

UEFA Avropa Liqasının qrup mərhələsində çıxış edən Ağdam klubu növbəti oyununu sabah öz meydanında PAOK-a qarşı keçirəcək.

“Qarabağ”ın müdafiəçisi matçdan öncə keçirilən mətbuat konfransında bu fikirləri səsləndirib: “Sonuncu oyunumuza baxanda uşaqların ürəyi və gözləri yanır. Hamımız PAOK qarşısında özümüzü yaxşı tərəfdən göstərməyə çalışacağıq. Azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik. Vuruşmağa hazırıq. Bizi necə bir oyunun gözlədiyini bilirik”.

- Millidəki ruhu “Qarabağ”a daşıya bilmisinizmi?

- Həm millidə, həm də “Qarabağ”da bu cür vacib oyunlar öncəsi əla ruh yüksəkliyi olur. Motivasiya bizdə yüksək səviyyədədir. Bizim futbolçularda döyüşkən ruh var. Vuruşmağa hazırıq, özümüzə inanırıq. Millinin heyətində son görüşlərdə yaxşı nəticə əldə etmişik. Bunu “Qarabağ”da da davam etdirmək istəyirik. Sabahkı matçın vacibliyini bilirik və buna uyğun hazırlaşmışıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru