Aftoqol "Qəbələ"-ni xalsız qoydu
21-10-2016, 09:33

Çempionlar Liqasının ardınca Avropa Liqasının qrup mərhələsində də III turun oyunları keçirilir. Qaynarinfo.Az xəbər verir ki, turnirdəki iki təmsilçimizdən biri olan "Qəbələ" səfərdə meydana çıxıb.
"Qırmızı-qaralar" Fransanın “Sent-Etyen” klubunun qonağı olub. Oyunun taleyini bir qol həll edib. Rikardinyonun 70-ci dəqiqədə müəllifi olduğu avtoqol komandamızın vətənə xalsız dönməsinə səbəb olub.
Qeyd edək ki, "Qəbələ" 3 turda xal qazana bilməyib. Bununla da Roman Qriqorçukun yetirmələri növbəti mərhələyə yüksəlmək şansları böyük ölçüdə azaldıb.
Onu da qeyd edək ki, “Sent-Etyen” azərbaycanlı futbol azarkeşləri üçün tanış rəqibdi. Belə ki, daha əvvəl “Qarabağ”la eyni qrupda mübarizə aparmış Fransa təmsilçisi çempionumuzla hər iki oyundan bərabərliklə ayrılmışdı.
Avropa Liqası
Qrup mərhələsi
C qrupu, III tur
20 oktyabr
Sent-Etyen (Fransa) - Qəbələ (Azərbaycan) 1:0
Qol: Rikardinyo, 70 (avtoqol).
Sent-Etyen: 30. Cesi Mulin (q), 2. Kevin Teofil Katrin, 9. Noaln Ru, 10. Usama Tannane, 11. Henri Saive, 12. Şeyx Mbengi, 14. Cordan Veretut, 17. Ole Selnaes, 19. Florentin Poqba, 22. Kevin Mone Pake, 24. Loik Perrin (k).
Ehtiyat oyunçular: 1. Antoni Maysonal (q), 5. Vinsent Payot, 7. Bryan Dabo, 23. Aleksandr Soderlund, 25. Kevin Malsuit, 27. Robert Beriç, 35. Arnaud Nordin.
Baş məşqçi: Kristof Qaltye.
Qəbələ: 22. Dmitri Bezotosnı (q) (k), 3. Voyslav Stankoviç, 9. Sergey Zenyov, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 17. Məhəmməd Mirzəbəyov, 19. Flip Ozobiç, 20. Rikardinyo, 27. Teo Uiks, 34. Urfan Abbasov.
Ehtiyat oyunçular: 33. David Pietrzkeviç (q), 8. Qismət Əliyev, 30. Petar Franyiç, 32. Rəşad Eyyubov, 39. Sadiq Quliyev, 44. Rafael Santos, 88. Tellur Mütəllimov.
Baş məşqçi: Roman Qriqorçuk.
Hakimlər: Ali Palabıyık, Cem Satman, Ekrem Kan, Ceyhun Sesigüzel (Türkiyə).
Əlavə köməkçi hakimlər: Alper Ulusoy, Volkan Bayarslan (Türkiyə).
Hakim-inspektor: Laslo Vaqner (Macarıstan).
UEFA nümayəndəsi: Yakob Erel (İsrail).
Sent-Etyen. “Joffrua Qişar” stadionu.