“Çelsi” “Mançester Yunayted”i darmadağın etdi

23-10-2016, 23:30           
“Çelsi” “Mançester Yunayted”i darmadağın etdi
Londonun “Çelsi” klubu futbol üzrə İngiltərə çempionatı çərçivəsində keçirdiyi ev oyununda “Mançester Yunayted” üzərində böyükhesablı qələbə qazanıb.
Gununsesi.info xəbər verir ki, görüş “zadəganlar”ın 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda Pedro Rodriqes (1-ci dəqiqə), Qari Kehill (21), Eden Azar (62) və N’Qolo Kante (70) fərqlənib. Sonuncu, “Çelsi”nin heyətində ilk qolunu vurub.
Bu, londonlular üçün cari çempionatda ardıcıl üçüncü qələbə olub. Onlar Premyer Liqada “Mançester Yunayted”ə ardarda 8 oyundur ki, məğlub olmurlar (4 qələbə, 4 heç-heçə).
Hazırda “Çelsi” turnir cədvəlində 19 xal ilə 4-cü, “Mançester Yunayted” isə 14 xalla 7-ci yerdə qərarlaşıb.
“Zadəganlar” oktyabrın 30-da keçiriləcək növbəti turda səfərdə “Sautqempton”un qonağı olacaqlar, “Mançester Yunayted” isə bir gün əvvəl öz meydanında “Bernli”ni qəbul edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru