Abdulbari Gözəl davaya səbəb oldu

24-10-2016, 14:57           
Abdulbari Gözəl davaya səbəb oldu
Avropa Liqasının III turu çərçivəsində keçirilən "Qarabağ" - PAOK matçından sonra xoşagəlməz anlar yaşanıb. Futbol11.az xəbər verir ki, 2:0 hesablı qələbədən sonra komandasını təbrik etmək istəyən Ağdam klubunun prezidenti Abdulbari Gözəl çətinliklə üzləşib.

Belə ki, komandasını təbrik etmək üçün VİP-dən çıxıb, 13-cü sektordan meydana düşmək, oradan da soyunub-geyinmə otağına yollanmaq istəyən Abdulbari bəyin qarşısını mühafizəni təşkil edən əsgərlər kəsiblər. Hərbi qulluqçular "Azərsun Holdinq"in rəhbərini tanımayıblar. Bu məqamda isə məsələyə polis müdaxilə edib. Bunun da bir faydası olmayınca tərəflər arasında gərgin anlar yaşanıb. Bizə verilən məlumata görə, həmin an dava da düşüb. Abdulbari Gözəl isə öz mühafizə xidmətinin əməkdaşlarının müşaiəti ilə hadisə yerindən uzaqlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru