“Qarabağ” çempion oldu

28-04-2025, 00:18           
“Qarabağ” çempion oldu
“Qarabağ” 12-ci dəfə Azərbaycan çempionu olub.

XALQ.AZ xəbər verir ki, Premyer Liqanın 32-ci turunda “Sabah”la qarşılaşan Qurban Qurbanovun komandası 1:1-lik bərabərliyə imza atıb.

Bununla da onlar ən yaxın izləyicisi “Zirə”ni 13 xal qabaqlayıb. Çempionatın sonuna 4 tur qaldığı üçün “Zirə” Ağdam təmsilçisinə çata bilməyəcək.

Nəticədə “Qarabağ” mövsüm başa çatmamış çempion olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.