"Neftçi"nin futbolçusu meydanda azarkeşi döydü

26-10-2016, 00:26           

"Neftçi" - "Qarabağ" oyununda qalmaqal yaranıb.

"Bakcell Arena"da keçirilən qarşılaşmada hesab 2:0 "Qarabağ"ın xeyrinə olarkən "Neftçi"nin bir azarkeşi meydana çıxaraq futbolçulara öz etirazını bildirib. Baxmayaraq ki, onun hərəkətində heç bir aqressiya müşahidə olunmayıb, "Neftçi"nin rumın futbolçusu Katalin Tira onu şillə-təpiklə vurmağa başlayıb.

Meydana çıxan azarkeşi polislər aparıb. Ramil Diniyev isə Katalin Tiraya qırmızı vərəqə göstərib.

Matç 2:0 hesabı ilə "Qarabağ"ın xeyrinə qurtarıb. Oyundan sonra "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev bildirib ki, Tira çox ciddi - komandadan çıxarılmaya qədər, - cəzalandırılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru