Kamran Ağayev "Boavişta"nın növbəti oyununda qapısını toxunulmaz saxlayıb

30-10-2016, 11:13           
Kamran Ağayev "Boavişta"nın növbəti oyununda qapısını toxunulmaz saxlayıb
Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev futbol üzrə Portuqaliya çempionatında növbəti oyununu keçirib.
"Report" xəbər verir ki, təcrübəli qolkiperin qapısını qoruduğu "Boavişta" IX turda "Estoril" klubunu qəbul edib.
Kamran komandanın əsas heyətində yer alıb. Millimizin digər üzvü - yarımmüdafiəçi Emin Mahmudovun adı "onsəkkizliy"ə daxil edilməyib. Ağayevin 90 dəqiqə oynadığı ev matçı qolsuz bərabərliklə nəticələnib.
Bu, 30 yaşlı qapıçımızın "Boavişta"nın heyətində 4-cü oyunu olub. Debüt matçında "Portu"ya 3:1 hesablı məğlubiyyətlə üzləşən Ağayev "Moreyrense" ilə oyunda qapısını toxunulmaz saxlayıb - 2:0. 8-ci turda "Maritimo" ilə görüşdə isə qalib müəyyənləşməyib - 1:1.
Qeyd edək ki, "Boavişta" 9 oyundan 10 xalla 9-cu pillədə qərarlaşıb.
29 oktyabr
23:30. "Boavişta" - "Eştoril" - 0:0












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru