Mourinyodan Şvaynştaygerə daha bir zərbə

30-10-2016, 23:04           
Mourinyodan Şvaynştaygerə daha bir zərbə
2016-cı il Bastian Şvaynştaygerin uzun müddət yadından çıxmayacaq.

Lui van Qaalın istefasından sonra Joze Mourinyo tərəfindən etimad görməyən dünya çempionu zədəsini sağaldandan sonra əsas komandadan uzaqlaşdırıldı.

Karrinqton bazasında ehtiyat komanda ilə məşqlərə çıxan təcrübəli futbolçuya növbəti sillə dəyib. Onun U-23 komandasında oynamağına da artıq icazə verilmir. Komandanın çalışdırıcısı Vorren Coys Şvaynştaygerə şans vermək istəsə də, Mourinyo ona almaniyalı havbekin məşqdən başqa heç nəyə cəlb olunmamasını tapşırıb.

Bastian böyük ehtimalla qışda MLS klublarından birinə transfer olunacaq.

Goal.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru