Azərbaycan “Formula-1” yarışlarından imtina edir? — ŞOK İDDİA

31-10-2016, 10:25           

Azərbaycan “Formula-1” yarışlarından imtina edə bilər.

Ölkə.Az xəbər verir ki, bu barədə grandprix.com məlumat yayıb. Həmin məlumata görə, Bakı 2018-ci ildən sonra bu yarışlara ev sahibliyi erməyəcək.

Saytın daha öncə verdiyi məlumatda Rusiyanın futbol üzrə dünya çempionatına hazırlaşdığı üçün 2017-ci il “Formula-1” yarışlarından imtina etdiyini vurğulanmışdı. Həmçinin Malayziya, Sinqapur, Kanada və Braziliya kimi dövlətlərin də “Formula-1” ilə müqaviləni uzatmağa o qədər də meylli olmadığı yazılıb.

Sayt yazır ki, Qran-Pri yarışları ancaq dövlət hesabına uzun müddət təqvimdə qala bilər. Avstraliya, Çin, Bəhreyn, Kanada, Rusiya, Azərbaycan, Macarıstan, Sinqapur, Malayziya və BƏƏ kimi dövlətlər yarış üçün nəzərdə tutulan xərci öz üzərinə götürüb.

İspaniya, Almaniya, Belçika, İtaliya, ABŞ, Meksika və Braziliya kimi dövlətlər bu yarış üşün böyük subsidiyalar ayırır. Avstriya, Böyük Britaniya, Yaponiya və Monako kimi dövlətlər yarış keçirmək üçün demək olar ki, heç bir məbləğ ödəmirlər. Bu dövlətlərdə “Formula-1” yarışlarının keçirilməsi şəxsi sahibkarlar tərəfindən maliyələşdirilir.
Dövlətlər şəxsi məqsədlərini güdürlər və bu hədəfə çatanda yarışları keçirməkdən imtina edirlər.

“Formula-1” yarışlarının son 15 ildə qət etdiyi yol bu idman növü üçün təhlükəlidir. “Avtomobil idman növlərinin kraliçası” məşhur olduğu ölkələrdə demək olar ki, keçirilmir. Bunun əvəzində yeni bazarlar və məkanlar fəth etmək üçün cəhdlər edilir. “F-1” Türkiyə, Malayziya, Koreya və Hindistanda populyarlaşa bilmədi.

Mütəxəssislər “Formula-1” bosslarını yarış təşkilatçılarından aldıqları məbləği azaltmağa çağırırlar. Çünki bu yolla şəxsi investorlar üçün bu yarışları keçirmək asanlaşar. Onlar qeyd edir ki, yarışlar müxtəlif kanallarda pulsuz yayımlanmalıdır ki, daha çox tamaşaçı kütləsi toplaya bilsin.

Bu tədbirlər həyata keçirilməsə, “Formula-1” yenidən kasıb idman növünə çevriləcək və 1960-70-ci illərdəki vəziyyətinə qayıdacaq. Bu yarışları qlobal idman növünə çevirmək üçün çoxlu zaman və əmək sərf olunub, buna görə də yarışların televiziya reytinqinin aşağı səviyyədə olduğu o günlərə qayıtmaq kədərli olardı. Bununla belə, o dövrdə tamaşaçı çox idi və bilet almaq asan idi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.