Azərbaycanlı kikboksçu ağır döyüşə çıxacaq - Almaniyada (VİDEO)

4-11-2016, 14:12           

Azərbaycanın peşəkar kikboksçusu, Kikboksinq Federasiyasının yığma komandasının üzvü Xəyal Əhmədov noyabrın 5-də növbəti dəfə rinqə çıxacaq.

BakiPost.az noyabrın 5-də Almaniyanın Vuppertal şəhərində A1WCC versiyası üzrə növbəti nüfuzlu beynəlxalq turnir keçiriləcək. Yarışda ölkəmizi təmsil edəcək Xəyal Əhmədovun büdəfəki rəqibi erməni döyüşçü Cioran Apuyepyan olacaq.

Xatırladaq ki, X.Əhmədov bundan əvvəl bu il mayın 28-də Hollandiyanın Eindhoven şəhərində keçirilmiş "K-1” versiyası üzrə beynəlxalq turnirin qalibi olub. Polyak idmançı ilə üz-üzə gələn həmyerlimiz çətin döyüşdə tam üstünlük nümayiş etdirərək parlaq qələbə qazanmışdı.

Noyabrın 5-də keçiriləcək turnirin təqdimat çarxını diqqətinizə təqdim edirik:
[media=https://www.youtube.com/watch?v=LTFQJdjLbYc]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru