Arda Turanla Fatih Terim barışdı- Futbolçu milliyə qayıdır

6-11-2016, 00:34           

"Barcelona"nın oyunçusu Arda Turanla Türkiyə milli komandasının məşqçisi Fatih Terim barışıb.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu məlumatı Arda Turan "İnstagram" hesabından paylaşıb.

O, milli komandaya geri qayıtdiğını da açıqlayıb: "Hocamızla danışdıq, ölkəmiz üçün yenidən birlikdəyik, İnşallah".

Qeyd edək ki, baş məşqçi Fatih Terim 2018-ci il dünya çempionatı seçmə mərhələsi çərçivəsində Ukrayna və İslandiyaya qarşı keçirəcək oyun öncəsi Arda Turanı yığmaya dəvət etməmişdi.

Yığmanın heyətinə dəvət olunmayan Arda milli komandada karyerasını başa vurduğunu elan etmiş və "mənim üçün Fatih Terim bitdi. Bundan sonra onunla barışmağım mümkün deyil", deyə bildirmişdi .












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru